0
Sunday 10 October 2010 - 08:26

Pekin və Ankara dolları oyundan kənar etdi

Story Code : 39773
Pekin və Ankara dolları oyundan kənar etdi
Pekin və Ankara dolları oyundan kənar etdi
Çin baş naziri Vin Ciabaonun Türkiyəyə səfəri önəmli qərarlarla diqqət çəkdi. Bu qərarlardan ən önəmlisi isə ABŞ-ı narahat etməyə bilməz. Əldə olunan razılaşmaya görə, iki ölkə arasındakı ticarət bundan sonra ölkələrin milli pul vahidləri, türk lirəsi və juan ilə aparılacaq. Səfər çərçivəsində bir sıra sahələri əhatə edən 8 razılaşma imzalanıb. Bundan sonra Türkiyə- Çin əlaqələri strateji ortaqlıq səviyyəsinə qaldırılacaq. Türkiyə və Çin, başda nüvə olmaqla enerji sahəsində əməkdaşlıq edəcək. Hal-hazırda qeydə alınan 17 milyard dollarlıq ticarət dövriyyəsinin həcmi beş ildə 50 milyard dollara, 10 il içində də 100 milyard dollara qaldırılması nəzərdə tutulub.
İki ölkə arasındakı münasibətlərlə bağlı yeni dövrə başlayacağına qərar verilib. Ankara və Pekin ticarəti milli pul vahidləri ilə etməklə ABŞ-ın narahatlığının əbəs olmadığını göstərib. Türkiyə bundan əvvəl isə Rusiya və İranla ticarətin lirə ilə aparılması haqqında razılaşma əldə edib. Bu baxımdan Ankaranın ABŞ dollarına formalaşan yeni münasibətin hansı formada olduğu açıq-aydın görünür.
Comment