0
Sunday 10 October 2010 - 08:31

Ərdoğan Almaniyadan terrorla mübarizəyə dəstək istəyib

Story Code : 39774
Ərdoğan Almaniyadan terrorla mübarizəyə dəstək istəyib
Ərdoğan Almaniyadan terrorla mübarizəyə dəstək istəyib
Almaniyada səfərdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan bu ölkədən terrorla mübarizəyə dəstək istəyib.
Almaniyanın baş naziri Anjela Merkellə birlikdə mətbuat konfransı keçirən Ərdoğan terror təşkilatının Avropadakı uzantılarına diqqət çəkib: "Terrorizmlə mübarizədə başda Almaniya olmaqla AB ölkələrinin dəstəyini istədiyimizi ifadə etdim. Almaniyanın terror təşkilatı kimi tanımasına baxmayaraq, Avropada bu təşkilatın fəaliyyətləri davam etməkdədir. Bu istiqamətdə birlikdə mübarizə aparılmasının vacibliyi ortadadır. Daxili işlər nazirlərimizə də bu istiqamətdə lazımi tapşırıqlar verildi".
Ərdoğan Merkellə görüşdə Avropa Birliyinə üzvlük müzakirələrinə də toxunduqlarını deyib. Baş nazir müzakirə prosesinin yavaşladılmamasının vacibliyini vurğulayıb: "Baş nazirdən üzvlük müzakirələrində verilən vədlərə sadiq qalınmasını rica etdim. Üzvlük prosesində hər hansı yavaşlamaya məhəl verməyərək danışıqları uğurla tamamlamaqda qərarlı olduğumuzu bildirdim". /trt/
Comment