QR CodeQR Code

Ərdoğan Almaniyadan terrorla mübarizəyə dəstək istəyib

10 Oct 2010 08:31

IslamTimes - Baş nazir AB-yə üzvlük müzakirələrinin ləngidilməməsini, öhdəliklərin yerinə yetirilməsini tələb edib


Almaniyada səfərdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan bu ölkədən terrorla mübarizəyə dəstək istəyib.
Almaniyanın baş naziri Anjela Merkellə birlikdə mətbuat konfransı keçirən Ərdoğan terror təşkilatının Avropadakı uzantılarına diqqət çəkib: "Terrorizmlə mübarizədə başda Almaniya olmaqla AB ölkələrinin dəstəyini istədiyimizi ifadə etdim. Almaniyanın terror təşkilatı kimi tanımasına baxmayaraq, Avropada bu təşkilatın fəaliyyətləri davam etməkdədir. Bu istiqamətdə birlikdə mübarizə aparılmasının vacibliyi ortadadır. Daxili işlər nazirlərimizə də bu istiqamətdə lazımi tapşırıqlar verildi".
Ərdoğan Merkellə görüşdə Avropa Birliyinə üzvlük müzakirələrinə də toxunduqlarını deyib. Baş nazir müzakirə prosesinin yavaşladılmamasının vacibliyini vurğulayıb: "Baş nazirdən üzvlük müzakirələrində verilən vədlərə sadiq qalınmasını rica etdim. Üzvlük prosesində hər hansı yavaşlamaya məhəl verməyərək danışıqları uğurla tamamlamaqda qərarlı olduğumuzu bildirdim". /trt/


Story Code: 39774

News Link :
https://www.islamtimes.org/az/news/39774/ərdoğan-almaniyadan-terrorla-mübarizəyə-dəstək-istəyib

Islam Times
  https://www.islamtimes.org