QR CodeQR Code

İran Küveyt, Oman və BƏƏ ilə İraqdakı hadisələri müzakirə edir

7 Jul 2014 12:07

IslamTimes - İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian bu gün Küveytə səfər edib.


Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.
H.Əmirabdullahian Küveytdən Omana, oradan isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Məlumata əsasən, səfər zamanı H.Əmirabdullahian bu üç ölkə rəsmiləri ilə bölgədəki son durumu, İraq və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, bundan öncə iyunun 30-da H.Əmirabdullahian Rusiyaya səfər etmiş və Rusiya rəsmiləri ilə İraq və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdi.


Story Code: 397825

News Link :
https://www.islamtimes.org/az/news/397825/iran-küveyt-oman-və-bəə-ilə-iraqdakı-hadisələri-müzakirə-edir

Islam Times
  https://www.islamtimes.org