QR CodeQR Code

ABŞ regionda İŞİD terrorunu dəstəkləyir

Islamtimes , 7 Jul 2014 16:46

İslamtimes - İranlı komandir deyib ki, ABŞ təkfirçi İŞİD terrorçuları tərəfindən İraqda mövcud olan münaqişəni daha da qızışdırmağa çalışır.


İran ordu qüvvələrinin rəis müavini briqada generalı Məsud Cəzayeri bazar günü deyib ki, İraq, Suriya və digər regional ölkələrdə baş verən münaqişələrə sadəcə terrorçu qruplarının adi planları kimi baxmaq lazım deyil, həqiqətdə bu İslami Oyanış ilə mübarizə aparmaq üçün hegamon güclərin təxribatçı planlarıdır.

Cəzayeri əlavə edərək deyib ki, Qərbin müstəqil dövlətlərə birbaşa müdaxilə planı boşa çıxdıqdan sonra o əsas strategiyanı regionda müharibə və məzhəbi çaxnaşma salmaq üzərində qurub.

O qeyd edərək bildirib ki, düşmən istəyir ki, İsrail rejimini müdafiə etmək, Sionizmə qarşı müqavimətin qarşısını almaq və hegamon qərbə qarşı müqavimət göstərəcək dövlətlərin yaranmasının qarşısını almaq üçün müstəqil və demokratik ölkələrin formalaşmasına imkan verməsin.

Cəzayeri qeyd edərək bildirib: “ABŞ regionda müqaviməti qırmaq və regional gücləri zəiflətmək üçün köklü dəyişikliklər etmək istəyir.”

İranlı komandir ABŞ-ın İraqda yeni cəbhə yaratmaq ilə müqaviməti zəiflətmək istədiyini demiş və bildirmişdir ki, bütün bunlara baxmayaraq müqavimət düşmənin bu qırmızı xətti keçməsinə imkan verməyəcək.


Story Code: 397868

News Link :
https://www.islamtimes.org/az/news/397868/abş-regionda-işid-terrorunu-dəstəkləyir

Islam Times
  https://www.islamtimes.org