QR CodeQR Code

İran və Qətər azad ticarət zonası yaratmağı planlaşdırırlar

Islamtimes , 7 Jul 2014 20:00

İslamtimes - İranlı rəsmi deyib ki, İslam Respublikası və Qətər İranın cənub əyaləti olan Buşehr və onun qonşu əyalətlərinin azad ticarət zonası olmasını planlaşdırırlar.


Bazar günü İRNA xəbər agentliyinə müsahibə verən Tehran Ticarət Palatasının üzvü olan Muhəmməd Huseyn Barxordar deyib ki, azad ticarət zonasının yaradılması haqqında İran və Qətər arasında əsas razılıqlar əldə edilib.

O əlavə edərək deyib ki, məxsusən də qonşu və regional ölkələr ilə xarici ticarətin genişləndirilməsi İran iqtisadiyyatının inkişaf etməsinə səbəb olacaq.

Barxordar deyib: “Qonşu dövlətlər ilə ticarət əlaqələri xarici investisiyanın ölkəyə axınına şərait yaradacaq.”

İran rəsmisi daha sonra deyib ki, Qətər bazarı iranlı ixracatçılar üçün ərzaq və tikinti məhsullarını ixrac etmək üçün əlverişili ərazi ola bilər.

Bu açıqlama İran prezidenti Həsən Ruhaninin baş müşaviri Əkbər Torkanın bir həftə bundan əvvəl Fars Körfəzi ölkələrinə etdiyi səfərindən sonra edildi.
Qətərin İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd bin Qasim ilə görüş zamanı hər iki tərəf Tehran və Doha arasında mövcud olan ikitərəfli əlaqələr haqqında danışmış və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret addımlar atılmışdır.


Story Code: 397923

News Link :
https://www.islamtimes.org/az/news/397923/iran-və-qətər-azad-ticarət-zonası-yaratmağı-planlaşdırırlar

Islam Times
  https://www.islamtimes.org