0
Tuesday 8 July 2014 - 14:50

NATO-dan şok: “Rusiyaya qarşı yeni plan hazırlayırıq”

Story Code : 398084
NATO-dan şok: “Rusiyaya qarşı yeni plan hazırlayırıq”
“Ukraynaya qarşı olan Rusiya təcavüzü NATO-nun kollektiv müdafiə sisteminə yeni tələb yaradıb. Bu da Uelsdə keçiriləcək Alyansın sammitində əsas müzakirə edilən məsələlərdən biri olacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO-nun Baş katibi Anders Foq Rasmussen çıxış edib.
O, müttəfiqlərini qorumaq üçün hazırlıq planının təsdiq ediləcəyini bildirib:
“Ukraynaya qarşı olan Rusiya təcavüzü kollektiv müdafiə sisteminin möhkəmləndirilməsini zəruri edir. Buna görə də sammitdə ehtiyac olan zaman müttəfiqlərimizi qorumaq üçün hazırlıq planını təsdiq edəcəyimizə inanıram”.
Comment