0
Wednesday 9 July 2014 - 09:00

İsrail rejimi Qəzzada məscidi də bombaladı: ölənlərin sayı 20-yə çatıb

Story Code : 398266
İsrail rejimi Qəzzada məscidi də bombaladı: ölənlərin sayı 20-yə çatıb
Son iki gün ərzində İsrail rejiminin endirdiyi aviasiya zərbələri nəticəsində ölən fələstinlilərin sayı 20-yə çatıb, 98 nəfər yaralanıb.
Deyerler.org-un “Timetürk”ə istinadən verdiyi xəbərə görə, Fələstinin səhiyyə nazirinin sözcüsü Əşrəf əl-Kidra bildirib ki, İsrail rejiminin əsas hədəfi mülki avtomobillər, dinc insanlardır.
Hökumət rəsmisinin sözlərinə görə, Qəzzanın Xan Yunis şəhərində bir evə endirilmiş avia zərbə nəticəsində ailənin 7 üzvü həlak olub.
İsrail rejiminin aviasiya zərbələri nəticəsində HƏMAS-ın kəşfiyyat komandirlərindən olan Muhəmməd Şaban da var.
İsrail rejiminin hücumları zamanı Qəzzada bir sıra yaşayış yerləri ilə yanaşı məscid də bombalanıb.
Bu arada Ərəb Ölkələri Birliyi və Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasına müraciət edərək bu qətliamı dayandırmaq üçün təcili hərəkətə keçməyə çağırıb.
Comment