0
Thursday 10 July 2014 - 14:14

Rusiya İsrail rejiminin cinayətlərini qınadı

Story Code : 398579
Rusiya İsrail rejiminin cinayətlərini qınadı
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, İsrail rejiminin Qəzzada dinc əhalini qətlə yetirməsi qınağa layiqdir.
Qeyd edək ki,  İsrail rejiminin Silahlı Qüvvələrinin Qəzzada keçirdikləri "Uçuruma qarşı" adlanan əməliyyat zamanı 35 fələstinli həlak olub. Həlak olanların arasında 13 uşaq və 7 qadın da var. Bu haqda məlumatı Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra verib.
İşğalçı İsrail rejiminin Qəzzaya havadan, qurudan və dənizdən aviazərbələr endirməsi nəticəsində yaralanların sayı 300 nəfəri keçib. Sionist rejiminin aviasiyası Qəzzada 200-ə yaxın hədəfi vurub. /Deyerler/
Comment