QR CodeQR Code

"Azərbaycan xalqı vəhhabi təhlükəsindən agah olarsa"

Nur.az , 11 Jul 2014 00:18

İslamtimes - Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm həftəlik konfransında ona ünvanlanan “Vəhhabilər Azərbaycan üçün təhlükə olarsa, İran tərəfi nə kimi yardım edəcək” sualına belə cavab verib:


Biz İran İslam Respublikası olaraq əhalinin vəhhabi təhlükəsindən və cinayətlərindən xəbərdar olmasını istəyirik. Azərbaycan xalqı bu təhlükədən agah olarsa, onlar vəhhabi fitnələrinə və təhdidlərinə lazımi cavabı verər”.

Nazirlik sözçüsü həmçinin vəhhabilərin son 3-4 illik fəaliyyətini cinayət halı kimi qiymətləndirib.

“Vəhhabilərin son 3-4 illik fəaliyyəti cinayətlərlə doludur. İslam ölkəsi olaraq Azərbaycan Respublikasında yaşayan bacı və qardaşlarımıza tövsiyyəmiz budur ki, vəhhabilərin islam adı altında etdikləri cinayətlərlə mübarizə aparsınlar”.

Daha sonra Mərziyə Əfxəm Azərbaycan xalqının vəhhabilərin etdiklərindən xəbərdar olduğunu dilə gətirib:

“Azərbaycan xalqının iradəsi var və şəxsən mən düşünürəm ki, narahatlığa heç bir əsas yoxdur”.


Story Code: 398727

News Link :
https://www.islamtimes.org/az/news/398727/azərbaycan-xalqı-vəhhabi-təhlükəsindən-agah-olarsa

Islam Times
  https://www.islamtimes.org