0
Friday 11 July 2014 - 00:32

Argentinalılar İsrail səfirliyi qarşısında etiraz aksiyası təşkil ediblər

Story Code : 398728
Argentinalılar İsrail səfirliyi qarşısında etiraz aksiyası təşkil ediblər
Argentinalılar İsrail səfirliyi qarşısında etiraz aksiyası təşkil ediblər
Argentina Fələstin Federasiyasi və Argentina İslam Təşkilatı Buenos Ayresdə toplaşaraq İsrail rejimi tərəfindən zülmə və zorakılığa məruz qalan fələstinlilərlə həmrəy olduqlarını bildiriblər.

Etiraz nümayişinə qatılan araşdırmacı jurnalist Karlos Asnares deyib: “İşğalçı İsrail rejimi bir daha öz qəddar üzünü dünyaya nümayiş etdirdi.”

Nümayişçilər həmçinin Argentina hökumətinə müraciət edərək İsrailin hücumlarını tənqid etməyə və Tel Əviv rejiminin Qəzza Zolağına qarşı olan təcavüzü dərhal dayandırmısı üçün təziq etməyə səsləyiblər.

Fələstin yönümlü aktivist Tilda Rabi deyib: “Biz bura qorxu, soyqırım və işgəncəyə son qoyulmasını tələb etmək üçün gəlmişik. Onlar faşistlərdən çox şey öyrənməlidirlər, çünki faşistlər bunlar kimi davamlı qırğınlar törətmirdilər. Bu rejim gərək beynəlxalq ictimaiyyət tərəfindən sanksiya edilə.”

İsrail rejimi itkin düşmüş üç israillini axtarış məqsədi ilə bir çox fələstinlini qətlə yetirmiş, Həmas üzvləri və millət vəkilləri də daxil olmaqla yüzlərlə fələstinlini həbs etmişdilər.

Tel Əviv rejimi iddia edərək bildirib ki, itkin düşmüş və həlak olmuş üç israilliyə görə məsuliyyəti Həmas daşıyır.
Source : Islamtimes
Comment