QR CodeQR Code

Con Kerri Əfqanıstana səfər edib

11 Jul 2014 13:56

IslamTimes - ABŞ-ın Dövlət katibi Con Kerri seçki nəticələri ilə bağlı anlaşılmazlığın aradan qaldırılmasına kömək olmaq üçün Əfqanıstana səfər edib.


ANS PRESS-in məlumatına görə, Kerrinin prezident seçkisinin namizədləri Abdullah Abdullah və Əşrəf Gani ilə bu gün görüşü gözlənilir.
ABŞ prezidenti Barak Obama da əvvəlki gün prezidentliyə namizədlərlə telefonla danışıb. Obama Abdullah və Ganini Əfqanıstanın milli birliyini baltalayacaq addımlardan çəkinməyə, Əfqan xalqının arzularını əks etdirən və Əfqanıstanı bir araya gətirə biləcək hökuməti qurmağa çağırııb.
Qeyd edək ki, Əfqanıstan Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanan prezident seçkisi ikinci turun nəticələrinə görə sabiq Maliyyə Naziri Gani səslərin yüzdə 56,44, Abdullah Abdullah isə səslərin 43,56 faizini alıb. Ancaq Abdullah seçkinin qəti galibinin özü olduğunu iddia edərək Ganinin rəhbərliyini qəbul etməyəcəyini açıqlayıb.


Story Code: 398782

News Link :
https://www.islamtimes.org/az/news/398782/con-kerri-əfqanıstana-səfər-edib

Islam Times
  https://www.islamtimes.org