0
Saturday 12 July 2014 - 15:46

ABŞ MKİ-nin nümayəndəsi Almaniyadan qovulub

Story Code : 399023
ABŞ MKİ-nin nümayəndəsi Almaniyadan qovulub
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya hökuməti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəsmi nümayəndəsinə qarşı ölkəni tərk etmək tələbi irəli sürüb.
Almaniya XİN başçısı Frank-Valter Ştaynmayer mətbuata bildirib ki, MKİ-nin Berlin nümayəndəliyinin rəhbəri tezliklə Almaniyanı tərk edəcək: “Bizim bu tələbimiz etimadın
sarsılmasından meydana çıxan reaksiyadır və doğru qərar sayılmalıdır”.
Onun sözlərinə görə, bu addım qaçılmaz idi: “Güclü Trans-Atlantik tərəfdaşlıq indi öz yerini beynəlxalq böhrana verib. Biz ölkələrimiz arasındakı etimadın bərpa edilməsini gözləyirik”.
ABŞ dövlət katibi Con Kerri ilə Vyanada görüşəcəyini deyən V.Ştaynmayer bildirib ki, İranın nüvə proqramı ilə bağlı müzakirələrlə yanaşı, Almaniya və ABŞ arasındakı qarşılıqlı etimadın yenidən bərpası istiqamətində çalışacaqlar.
Qeyd edək ki, Almaniyanın Federal Kəşfiyyat Xidməti və Müdafiə Nazirliyində iki nəfərin ABŞ-a casusluq etməsi faktı aşkarlanıb. İddialara görə, onların vasitəsilə MKİ Almaniyanın xüsusi xidmət orqanlarının məxfi sənədlərini ələ keçirib və kansler Angela Merkel də daxil olmaqla minlərlə Almaniya vətəndaşının mobil telefonu ABŞ kəşfiyyatı tərəfindən dinlənilib.
Comment