QR CodeQR Code

İraq ordusu İŞİD qüvvələrinin strateji əhəmiyyətli şəhərə hücumunu dəf edib

13 Jul 2014 12:51

IslamTimes - İraq ordusu iyulun 12-də İŞİD qüvvələrinin Anbar əyalətində yerləşən strateji əhəmiyyətli Xadita şəhərinə hücumunu dəf edib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.  
Məlumata görə, terrorçuların hücumunun dəf olunmasında həlledici rolu hava nəqliyyatı ilə vaxtında Anbar əyalətinin paytaxtı Ramadi şəhərinə göndərilmiş 3 min könüllüdən ibarət dəstə oynayıb.  
İraq mətbuatı xəbər verir ki, ordu qüvvələri könüllülər ilə birlikdə İŞİD dəstələrinin bir çox istiqamətdə irəliləməsinin qarşısını almağa müvəffəq olub.


Story Code: 399162

News Link :
https://www.islamtimes.org/az/news/399162/iraq-ordusu-işid-qüvvələrinin-strateji-əhəmiyyətli-şəhərə-hücumunu-dəf-edib

Islam Times
  https://www.islamtimes.org