0
Monday 14 July 2014 - 13:18

Obama və Kemeron Rusiyaya sanksiya məsələsində razılaşdı

Story Code : 399295
Obama və Kemeron Rusiyaya sanksiya məsələsində razılaşdı
Axar.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Obama və Kemeron Ukraynanın şərqində baş verən hadisələrə görə Rusiyanın təcili addımlar atmasının vacib olduğunu qeyd ediblər.
Telefon danışığında atəşkəsin elan olunması, ATƏT-in monitorinqlərə başlaması Təmas Qrupunun danışıqları üçün yol xəritəsinin hazırlanması və girovların sərbəst buraxılmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, telefon danışığında sadalanan şərtlərin reallaşmayacağı və Rusiyanın gərginliyi davam etdirəcəyi təqdirdə Avropa və ABŞ-ın bu ölkəyə daha çox sanksiya tətbiq etmək üçün koordinasiyalı tədbirlər həyata keçirilməsində razılıq əldə etdiyi bildirilir.
Comment