QR CodeQR Code

Obama və Kemeron Rusiyaya sanksiya məsələsində razılaşdı

14 Jul 2014 13:18

IslamTimes - ABŞ prezidenti B. Obama İngiltərə baş naziri D. Kemeronla telefon əlaqəsi saxlayaraq Ukrayna, Əfqanıstan, İraq məsələləri və İran ilə P5 +1 qrupu arasında davam edən nüvə müzakirələri barədə fikir mübadiləsi aparıb.


Axar.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Obama və Kemeron Ukraynanın şərqində baş verən hadisələrə görə Rusiyanın təcili addımlar atmasının vacib olduğunu qeyd ediblər.
Telefon danışığında atəşkəsin elan olunması, ATƏT-in monitorinqlərə başlaması Təmas Qrupunun danışıqları üçün yol xəritəsinin hazırlanması və girovların sərbəst buraxılmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, telefon danışığında sadalanan şərtlərin reallaşmayacağı və Rusiyanın gərginliyi davam etdirəcəyi təqdirdə Avropa və ABŞ-ın bu ölkəyə daha çox sanksiya tətbiq etmək üçün koordinasiyalı tədbirlər həyata keçirilməsində razılıq əldə etdiyi bildirilir.


Story Code: 399295

News Link :
https://www.islamtimes.org/az/news/399295/obama-və-kemeron-rusiyaya-sanksiya-məsələsində-razılaşdı

Islam Times
  https://www.islamtimes.org