0
Monday 11 October 2010 - 15:24

ABŞ həqiqətən də böhran içindədir!

Story Code : 39941
ABŞ həqiqətən də böhran içindədir!
ABŞ həqiqətən də böhran içindədir!
ABŞ Ticarət Nazirliyi sentyabr ayında ölkənin əmək bazarının dinamikası üzrə statistika blokunu açıqlayıb.
“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, ABŞ-da işsizlik səviyyəsi ötən ay dəyişməz qalıb - 9,6%.
Daha gözlənilməz nəticə isə qeyri-kənd təsərrüfatı sahələrində qeydə alınıb. Analitiklərin dəyişməz qalacağını proqnozlaşdırdığı bu sahələrdə iş yerlərinin sayı 95 min azalıb. Əvəzində özəl sektorda yeni iş yerlərinin 64 min ədəd artıb. Halbuki avqust ayında bu göstərici 93 min olub.
Dövlət sektorunda isə 159 min iş yeri ixtisara düşüb ki, bu da əhalinin siyahıya alınması üçün işə götürülən müvəqqəti işçilərin müqaviləsinin bitməsi ilə bağlıdır.
Comment