QR CodeQR Code

İsrail maniken bir xanımı səfir təyin etdi

11 Oct 2010 16:19

IslamTimes - Yəhudi xaxamın israilli “xanımların dövlət mənafeləri yolunda yad kişilərlə cinsi əlaqəyə girə biləcəyi” fətvasından sonra İsrail dövləti 29 yaşlı manken bir qadını İtaliyaya səfir təyin edəcək.


İsrailin “kanal 10” televiziyasının verdiyi məlumata əsasən İşğalçı İsrail dövləti 29 yaşlı manken və məşhur aktrisa Moran Atiası özünün İtaliyadakı səfiri təyin edib. İsrailin Fələstin torpaqlarındakı tikintiləri davam etdirməsi, Qəzzəni mühasirədə saxlaması və Qəzzəyə yollanmış yardımçı gəmilərə hücum etməsi onun dünyada mənfur bir rejim kimi tanınmasına səbəb olub. Xüsusilə İsrailin Qəzzəyə yollanmış yardımçı gəmilərə hücum etməsindən sonra Birləşmiş Millətlər Təşkilatı kimi bir sıra hüquq təşkilatları İsraildan üz çevirdi. İsrail isə bu çirkin sifətlərdən yaxa qurtarmaq fikrinə düşüb.
Bu səbəbdən də işğalçı rejim məşhur aktrisa və maniken olan Moran Atiası özünün İtaliyadakı səfiri təyin edib. Onlar bu addımla insanların İsrail barədə formalaşmış düşüncələrini digər səmtə yönəltmək istəyir.


Story Code: 39948

News Link :
https://www.islamtimes.org/az/news/39948/israil-maniken-bir-xanımı-səfir-təyin-etdi

Islam Times
  https://www.islamtimes.org