QR CodeQR Code

Uşaqlarımız təhlükədə: cizgi filmi homoseksuallığı təbliğ edir

17 Jul 2014 13:28

IslamTimes - Cizgi filminin məşhur siması "Thor" cinsini dəyişdirərək qadın olacaq.


ABŞ-ın cizgi filmləri istehsal edən “Marvel Comics” şirkəti “Thor” cizgi filminin baş rolundakı “Thor” obrazının cinsiyyətini dəyişmək qərarına gəlib. Lent.az-ın xarici KİV-lərə  istinadən verdiyi məlumata görə, cizgi filminin qəhrəmanı olan məşhur “Thor” bundan sonra “kişi” olaraq deyil, “qadın” kimi uşaqlara təqdim olunacaq və qadın libasında qəhrəmanlıqlar edəcək. Ssenariyə əsasən, film qəhrəmanı cinsiyyətini dəyişdirəcək.
“Marvel Comics” “Thor”un cinsiyyətinin dəyişdirilməsini filmə marağı olmayan qız və qadınları ekran başına cəlb etmək niyyəti ilə əsaslandırıb.
Qeyd edək ki, şirkətin bu qərarı sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və tənqidlərə səbəb olub. Çoxları cizgi filminin kişi obrazının qadınlaşdırılmasını homoseksuallığın təbliği kimi qəbul edir və bunu yolverilməz sayır. 


Story Code: 399970

News Link :
https://www.islamtimes.org/az/news/399970/uşaqlarımız-təhlükədə-cizgi-filmi-homoseksuallığı-təbliğ-edir

Islam Times
  https://www.islamtimes.org