0
Thursday 17 July 2014 - 13:28

Uşaqlarımız təhlükədə: cizgi filmi homoseksuallığı təbliğ edir

Story Code : 399970
Uşaqlarımız təhlükədə: cizgi filmi homoseksuallığı təbliğ edir
ABŞ-ın cizgi filmləri istehsal edən “Marvel Comics” şirkəti “Thor” cizgi filminin baş rolundakı “Thor” obrazının cinsiyyətini dəyişmək qərarına gəlib. Lent.az-ın xarici KİV-lərə  istinadən verdiyi məlumata görə, cizgi filminin qəhrəmanı olan məşhur “Thor” bundan sonra “kişi” olaraq deyil, “qadın” kimi uşaqlara təqdim olunacaq və qadın libasında qəhrəmanlıqlar edəcək. Ssenariyə əsasən, film qəhrəmanı cinsiyyətini dəyişdirəcək.
“Marvel Comics” “Thor”un cinsiyyətinin dəyişdirilməsini filmə marağı olmayan qız və qadınları ekran başına cəlb etmək niyyəti ilə əsaslandırıb.
Qeyd edək ki, şirkətin bu qərarı sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və tənqidlərə səbəb olub. Çoxları cizgi filminin kişi obrazının qadınlaşdırılmasını homoseksuallığın təbliği kimi qəbul edir və bunu yolverilməz sayır. 
Comment