QR CodeQR Code

Beycidə İŞİD hərbi komandiri öldürülüb

17 Jul 2014 14:12

IslamTimes - Keçmiş İraq diktatoru Səddam Hüseynin dönəmində İraq Ordusunun polkovniki olmuş, daha sonra İŞİD üzvü olan Hamis Mohsen Fərxan məhv edilib.


Yerli KİV-lərin məlumatına görə, o, Beycidə aparılan terrorla mübarizə əməliyyatlarında İraq Silahlı Qüvvələri tərəfindən öldürülüb. H.M.Fərxan həmin dönəmdə İraq Ordusunun Beyci vilayəti üzrə komandanı olub.
İraq Ordusunun məsulu Sabah Numan hadisə ilə bağlı bildirib: "Təhlükəsizlik qüvvələrimiz günün ikinci yarısında İŞİD-in Beyci vilayəti üzrə hərbi komandanı Hamis Mohsen Fərxanı məhv etməyə nail olub. H.M.Fərxan vaxtilə İraq Ordusunun bölgə üzrə məsul polkovniki olub". /Deyerler/


Story Code: 399980

News Link :
https://www.islamtimes.org/az/news/399980/beycidə-işid-hərbi-komandiri-öldürülüb

Islam Times
  https://www.islamtimes.org