QR CodeQR Code

ABŞ yəhudiləri İsraili qınadılar: “Cinayətdir…”

17 Jul 2014 15:35

IslamTimes - ABŞ-da yaşayan yəhudilər İsrailin Qəzzaya hücumuna etiraz ediblər.


Axar.az xəbər verir ki, ABŞ-da yaşayan bəzi yəhudi qrupları İsrailin bir neçə gündür Qəzzaya davam edən hücumlarını qınayıblar. Onlar İsrailin hücumlarının həm beynəlxalq hüququ, həm də yəhudi qanunlarını pozduğunu bildiriblər. BMT qarşısındakı etirazlara qatılan yəhudilər İsrailin hücumlarının cinayət olduğunu söyləyiblər.
ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarından birinin rəhbəri Haham Veiss BMT-yə yaxın yerləşən Vilyamsburq məhəlləsində yaşayan bütün yəhudilərin İsrailə qarşı olduğunu vurğulayıb. Haham Veiss Fələstin torpaqlarının qanuni sahiblərindən zorla alınmasını oğruluq olaraq qiymətləndirib.


Story Code: 399984

News Link :
https://www.islamtimes.org/az/news/399984/abş-yəhudiləri-israili-qınadılar-cinayətdir

Islam Times
  https://www.islamtimes.org