QR CodeQR Code

İranın müdafiə naziri Azərbaycan torpaqlarının işğalını pisləyib

12 Oct 2010 07:49

IslamTimes - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov İranla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Nazir iki ölkə arasında iqtisadi əlaqələrin, yüksək səviyyədə olan siyasi əlaqələr səviyyəsinə çatdırılmasının zəruriliyini də qeyd edib.
İranın müdafiə naziri Azərbaycanın İrana qardaş ölkə olduğunu vurğulayaraq, Azərbaycan torpaqlarının işğalını pisləyib, Azərbaycan qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə dönəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində, E. Məmmədyarov qonağa Ermənistan-Azərbaycan Dağlıq, Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıqlar barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /apa/


Story Code: 40023

News Link :
https://www.islamtimes.org/az/news/40023/iranın-müdafiə-naziri-azərbaycan-torpaqlarının-işğalını-pisləyib

Islam Times
  https://www.islamtimes.org