0
Tuesday 12 October 2010 - 08:22

Şəhidin nəşi yaşıl zolaqdadır?

Story Code : 40025
Şəhidin nəşi yaşıl zolaqdadır?
Şəhidin nəşi yaşıl zolaqdadır?
Lider xəbər verir: «Mübariz İbrahimovun meyiti Qarabağ ərazisində deyil» - bunu Azərbaycanda səfərdə olan Erməni İnqilabi Federasiyası - «Daşnaksütyun»-un siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan deyib. O, jurnalistlərin Dağlıq Qarabağla bağlı digər suallarını da cavablandırıb. Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların icra olunmaması Ankaranın Dağlıq Qarabağ problemi ilə bağlı ön şərt irəli sürməsi ilə əlaqədardır. «Daşnaksutyun»-un siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşacağına inanır. Erməni nümayəndə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsinə də münasibət bildirib. «Ermənistanın mövqeyi belədir ki, meyit yaşıl zonadadır və Azərbaycan tərəfi istənilən vaxt onu götürə bilər». Milli qəhrəmanın meyitin götürülməsi ilə bağlı təhlükəsizlək məsələsinə gəlincə, Manoyan bunun Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətlərinə aid olduğunu deyib. /HaqqYolu/
Comment