0
Sunday 20 July 2014 - 04:39

Almaniyada yenidən “yəhudilərə ölüm” şüarı

Story Code : 400463
Almaniyada yenidən “yəhudilərə ölüm” şüarı
ANS PRESS-in məlumatına görə, nümayişlər zamanı antisemit şüarlar da səslənib. İsrail mətbuatının yaydığı xəbərdə bildirilir ki, nümayişlər zamanı “sionistlərə ölüm” və “yəhudilər, Almaniyadan rədd olun” şüarları yer alıb.
 
Mitinqlərə müsəlman immiqrantlar və Almaniyanın əsas partiya nümayəndələri olan Anarxistlər, sosial demokratlar və neonasistlər cəlb olunublar. Hadisələr Almaniya ilə yəhudilər arasında böyük narahatlıq doğurur. Artıq uzun illərdir ki, onlar belə genişmiqyaslı və açıq antisemitizmlə rastlaşmayıblar.

Qeyd edək ki, son günlər Avropanın bir çox aparıcı şəhərlərində işğalçı İsrail əleyhinə nümayişlər keçirilib. İsrail Xarici İşlər Nazirliyi ümumiyyətlə vətəndaşlarının Türkiyə səfərinə tövsiyyə verməməsi barədə xəbər yayıb.
 
Son məlumatlara əsasən, İsrailin Qəzzaya havadan, dənizdən və quru əməliyyatı ilə hücumu zamanı 83-ü uşaq, 32-si qadın olmaqla, 345 nəfərin dünyasını dəyişdiyi, 2 560 nəfərin isə yaralı olduğu bildirilir.
Comment