QR CodeQR Code

Fransızlar da İsrailə etiraz etdi

20 Jul 2014 10:28

IslamTimes - Parisdə Fələstinə dəstək aksiyasında 40-dək etirazçı saxlanılıb, 10-dan çox polis əməkdaşı yaralanıb.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hakimiyyət qurumları  mitinqin keçirilməsinə icazə verməsə də, aksiyada 5 minədək insan iştirak edib.  
Aksiya iğtişaşlarla müşayiət olunub, polis gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalarda 10-dan çox polis əməkdaşı xəsarət alıb.  
Bundan əvvəl Fransa XİN rəhbəri Loran Fabius Qəzza zolağında atəşkəs məsələsi ilə bağlı işğalçı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Görüş heç bir nəticə verməyib. 


Story Code: 400493

News Link :
https://www.islamtimes.org/az/news/400493/fransızlar-da-israilə-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org