0
Monday 21 July 2014 - 17:27

Vyana küçələrində “Körpələrin qatili İsrail”

Story Code : 400730
Vyana küçələrində “Körpələrin qatili İsrail”
Axar.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada İsrailin Qəzzaya etdiyi hücumlara etiraz əlaməti olaraq yürüş keçirilib. Yürüşdə bir sıra türk, bosniyalı, ərəb əsilli və avstriyalı QHT nümayəndələri iştirak edərək dəstək veriblər. Nümayiş iştirakçılarına sülhə işarə olan ağ paltar geyinmələri üçün çağırış edilib. İştirakçılar “Körpələrin qatili İsrail”, “Qəzza üçün Avstriya“ kimi ifadələr işlədərək təkbir gətiriblər.
Saat 16.00-da baş tutan yürüş 3 saat sonra Heldenplasda mətbuata verilən açıqlamadan sonra havaya göyərçin buraxılmasıyla başa çatıb.  
Qeyd edək ki, işğalçı İsrailin təşkil etdiyi hücumlarda çox sayda qadın, uşaq və digər mülki vətəndaşlar həyatını itirib. Vyanada təşkil olunan yürüş Paris və London şəhərlərində keçirilən nümayişlər qədər böyük səs-küyə səbəb olub.
Comment