0
Tuesday 22 July 2014 - 17:08

Adanada İsrail bayrağını yandırdılar

Story Code : 400868
Adanada İsrail bayrağını yandırdılar
ANS PRESS-in məlumatına görə, Adananın Mərkəz Seyhan rayonunun "5 Ocak meydanı"nda toplaşan "Kalem" vəqfi üzvləri təravih namazından sonra İsrailin əleyhinə etiraz şüarları səsləndiriblər.
Əllərində Fələstin bayraqları və plakatlar olan qrup İnönü parkı istiqamtində yürüş keçiriblər. israil əleyhinə şüarlar səsləndirən qrup üzvləri parka çatdıqda İsrail bayrağını yandırıblar.
Etirazçıların adından mətbuata çıxış edən Muhamməd Çələbi adlı şəxs göstərilməli ən yaxşı mübarizənin İsrail mallarını boykot etmək olduğunu bildirib.
Qeyd edək ki, Qəzzada son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinli həlak olub, 3100-dən çox günahsız isə yaralanıb.
Comment