QR CodeQR Code

Venesuela prezidenti ərəb dövlət başçılarını biabır etdi

23 Jul 2014 04:32

IslamTimes - Venesuela prezidenti Nikolas Maduro İsrailin Fələstindəki qətliamlarına görə başda ərəb ölkələri olmaqla bütün dünyaya çağırış edib.


Axar.az xəbər verir ki, prezident çıxışında bütün dünya liderlərinə bu məsələ ilə bağlı xəbərdarlıq da edib. Özəlliklə ərəb dünyasına səslənərək, bu özbaşınalığa nə vaxtadək səssiz qalacaqlarını soruşub:
“Nə zaman oyanıb Fələstin xalqının səsinə səs verəcəksiz? Yerin dibinə batsın rəsmi açıqlamalarınız. Artıq hərəkətə keçmək vaxtıdır. Fələstin xalqının qatillərinə cavab verməli, onları dayandırmalısınız. Venesuela prezidenti olaraq bütün ərəb dünyasına səslənirəm: yetər artıq, hərəkətə keçin”.
Xatırladaq ki, İsrailin Fələstinə hücumları nəticəsinə ölənlərin sayı 570-i, yaralıların sayı isə üç mini keçib.


Story Code: 400992

News Link :
https://www.islamtimes.org/az/news/400992/venesuela-prezidenti-ərəb-dövlət-başçılarını-biabır-etdi

Islam Times
  https://www.islamtimes.org