0
Tuesday 12 October 2010 - 19:49

İranın müdafiə naziri: “ABŞ özünü məhvə aparır”

Story Code : 40111
İranın müdafiə naziri: “ABŞ özünü məhvə aparır”
İranın müdafiə naziri: “ABŞ özünü məhvə aparır”
APA-nın məlumatına görə, belə bir bəyanatla Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İranın müdafiə naziri, general Əhməd Vəhidi çıxış edib.
General Vəhidi bu günlərdə İsrail və ABŞ arasında 2,75 mlrd. dollar dəyərində radarlara yaxalanmayan F-35 döyüş təyyarələrinin alqı-satqısına dair imzalanmış müqaviləyə münasibət bildirərkən bunun Vaşinqton tərəfindən növbəti dəfə təcavüzkar bir ölkənin dəstəklənməsi olduğunu deyib. İstehsala hazırlıq prosesi ərəfəsində olduğundan, bu təyyarələrin İsrailə yaxın zamanlarda çatdırılmasının mümkünsüz olduğunu deyən Ə.Vəhidi imzalanmış müqavilənin İsraildəki iqtidara mənəvi-psixoloji dəstək, regionda isə psixoloji təsir yaratmaq məqsədi güddüyünü qeyd edib.
«F-35-lə İsrailin problemləri həll olunmayacaq. Bu dövlətin problemləri daxildəndir və rejimin qeyri-legitimliyi birinci problemdir. Bu təyyarələr İsrailə neçə illər sonra veriləcək. Bu gün isə o, yalnız psixoloji yardımdır. ABŞ bölgədə sülhə təhdid yaradan, təcavüzkar İsrailə belə bir hərbi texnologiyaları verməsini dünya ictimaiyyətinə necə izah edəcək?», - deyə nazir vurğulayıb.
General Ə.Vəhidi onu da əlavə edib ki, hazırda bir sıra Fars körfəzi ölkələrinin ABŞ-dan müasir silahların alınmasına dair müqavilələri var: “İran bu ölkələrin heç birini özünə təhdid saymır və heç bir sahil ölkəsi üçün də təhdid yaratmır”.
Comment