0
Tuesday 12 October 2010 - 20:19

Eyfel qülləsi “tətilə çıxdı”

Story Code : 40115
Eyfel qülləsi “tətilə çıxdı”
Eyfel qülləsi “tətilə çıxdı”
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu səbəbdən dünyada ən çox ziyarət edilən abidə sabah səhərə qədər bağlı olacaq.
Aksiyaya Eyfel qülləsinin 300 işçisindən 260 nəfəri qoşulub. Bu gün saat 12:00 radələrində Eyfel qülləsinə gələn ziyarətçilər evakuasiya olunublar və saat 13:50-da işçilər Monparans-Bastiliya meydanı marşrutu ilə hərəkət edən aksiyaçılara qoşulublar. Eyfel qülləsində iş rejiminin səhər saatlarında bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, bu, pensiya islahatlarına etirazla bağlı Fransanı bürüyən 5-ci tətil aksiyasıdır. Yalnız sentyabrın əvvəlində həmkarlar ittifaqlarının keçirdiyi aksiyalarda 3 milyona qədər insan iştirak edib.
Comment