0
Thursday 24 July 2014 - 12:47

İslam Partiyası Qüds günü ilə əlaqədar "dəyirmi masa" keçirib

Story Code : 401240
İslam Partiyası Qüds günü ilə əlaqədar "dəyirmi masa" keçirib
İslam Partiyası Qüds günü ilə əlaqədar "dəyirmi masa" keçirib
AİP sədr əvəzi Hacı Elçin Manafov yığıncaq iştirakçılarına təşəkkürünü bildirib, Qüds gününün mahiyyətinə toxunub, bu günü dünya müsəlmanlarına vəhdət çağırışı kimi xarakterizə edib.

QAT sədri Akif Nağı çıxış edərək bu tədbirin Ağdamın işğalı gününə təsadüf etdiyini yada salaraq Qüds gününün mahiyyətinin dünyanın ixlasına xidmət etdiyini söyləyib. Yığıncağın sonunda bəyanat qəbul olunub.

Bəyanatda deyilir ki, müqəddəs məkanları dağıtmaq, səmavi kitablara, Allahın insanlığın xilası üçün tərtib etdiyi və göndərdiyi qanunlara qarşı çıxmaq, təkamülün və Allahı dərketmənin başlandığı məkanları qəsb edərək fitnə-fasad altında saxlamaq, bu əmələ etiraz edənləri kütləvi olaraq məhv etmək iddiasında olanların əməlləri göstərir ki, aktiv mübarizə olmadan insanlıq gələcəkdə daha böyük təhlükələrə məruz qala biləcək.

Bu günlərdə məzlum Fələstin müsəlmanlarına qarşı qəsbkar İsrailin qana susayan hakim dairələrinin apardığı kütləvi soyqırım hərəkətləri ondan xəbər verir ki, bu zülm və istismar bitmək və dayanmaq bilmir. Bəşəri cinayətlərə rəvac verənlər, göz yumanlar həm də yəhudi xalqının taleyini qara yazmaq fikrindədirlər. Ona görə də biz bu qeyri-insani hərəkata qarşı mübarizənin önündə məhz bi xalqı, onun azadlıqsevər dəstələrini görmək üçün onları qaniçənlərə qarşı üsyana çağırırıq.

Dünyaya sülh, bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə məhz Qüdsdən başlanır.
Source : Azadxeber
Comment