QR CodeQR Code

ABŞ: "Yer üzündə tək qalsaq da İsraili müdafiə edərik"

24 Jul 2014 15:10

IslamTimes - ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf hamını təəccübləndirəcək şəkildə ABŞ siyasətini ortaya qoyub.


Axar.az xəbər verir ki, Harf “Daha əvvəl də dəfələrlə təkrarladığımız kimi, bunu açıq-aşkar deyirik ki, beynəlxalq ictimaiyyətdə tək qalsaq da İsraili müdafiə edəcəyik” deyib.
Qeyd edək ki, Harf gündəlik mətbuat konfransında BMT-nin İnsan Haqları Şurasının, işğalçı İsrailin hücumları ilə bağlı araşdırma komissiyası qurulmasından danışan Harf insan haqlarına daha çox önəm verdiklərini bildirib: “İnsan Haqları Şurasını fəaliyyətsizlikdə günahlandırırıq. Hər şey birtərəfli olaraq inkişaf edir. Heç kim HƏMAS-ın raketlərinə baxmır",- deyə münasibətini bildirib. 
Xatırladaq ki, ABŞ bir neçə gün öncə yüzlərlə südəmər körpəni bələyində qana bulayan İsrail rejiminə böyük miqdarda hərbi yardım ayırıb.


Story Code: 401273

News Link :
https://www.islamtimes.org/az/news/401273/abş-yer-üzündə-tək-qalsaq-da-israili-müdafiə-edərik

Islam Times
  https://www.islamtimes.org