QR CodeQR Code

ABŞ-da dəhşətli edam cəzası

25 Jul 2014 04:32

IslamTimes - Məhkum 10 dəqiqəyə ölməli olduğu halda, zaman ötsə də Rudolfun ölmədiyi məlum olub.


Avropa.info nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 2 qadının ölmündə günahkar bilinən 55 yaşlı Cozef Rudolfun damarlarına zəhərli iynə vurulub.
Məhkum 10 dəqiqəyə ölməli olduğu halda, zaman ötsə də Rudolfun ölmədiyi məlum olub. Hadisədən dərhal sonra məhkəməyə müraciət edən Rudolfun vəkilləri ölüm cazasının ləğvini tələb ediblər. Vəkillər tez bir zamanda məhkəmə qurulmasına nail olsalar da, məhkəmə başlayan zaman Cozef Rudolfun öldüyü məlum olub.
Məhkumun 2 saatdan çox ölüm masasında həyatının sona yetməsini gözlədiyi məlum olub. Baş vermiş bu hadisə bir çox insan haqları təşkilatı tərəfindən sərt formada tənqid olunub.


Story Code: 401418

News Link :
https://www.islamtimes.org/az/news/401418/abş-da-dəhşətli-edam-cəzası

Islam Times
  https://www.islamtimes.org