QR CodeQR Code

Londonda 45 minlik Fələstinə dəstək nümayişi

27 Jul 2014 04:28

IslamTimes - Dünyanın əksər ölkələrində İsrail rejiminin Qəzzada törətdiyi qətliamlara etiraz nümayişləri keçirilməkdədir.


Bu gün Avropanın əsas paytaxtlarından olan Londonda da Fələstin xalqına əzəmətli dəstək nümayişi keçirilib.
Nümayişdə Londonda olan azərbaycanlılar da iştirak edib. Nümayiş iştirakçılarının Deyerler.org-a verdiyi məlumata görə, nümayişə 45 mindən çox insan qatılıb.
Londonda İsrail rejiminin səfirliyi binasından Big-Benə (Britaniya parlamentinin binası) doğru yürüş edən edən insanlar İsrail rejiminin cinayətlərinə etiraz edib, “Fələstinə azadlıq!”, “İsrail, cinayətləri dayandır!” şüarları səsləndirib.


Story Code: 401750

News Link :
https://www.islamtimes.org/az/news/401750/londonda-45-minlik-fələstinə-dəstək-nümayişi

Islam Times
  https://www.islamtimes.org