0
Wednesday 13 October 2010 - 12:29

İsrail: "Mən bir yəhudi dövlətiyəm!"

Story Code : 40179
İsrail: "Mən bir yəhudi dövlətiyəm!"
İsrail: "Mən bir yəhudi dövlətiyəm!"
“Faktxəbərin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu, yəhudi məskunlaşma vahidi inşaatlarının dayandırılmasına cavab kimi, işğalçı İsrailin yəhudi dövləti olaraq tanınması şərtini irəli sürərək, dünyada başqa bir nümunəsi olmayan addıma imza atıb. İsrail Parlamentinin 18-ci mövsüm açılışının 3-cü iclasında danışan Netanyahu, "Əgər Fələstin rəhbərliyi açıq bir şəkildə İsraili yəhudi xalqının ana vətəni olaraq tanıdığını rəsmi şəkildə bəyanlasa, mən də kabinetmi yığaraq yəhudi məskunlaşma vahidi inşaatlarını dayandırmasını istəyəcəyəm" - deyə bildirib. Netanyahu əlavə olaraq, fələstinlilərdən dövlətlərini tanımalarına qarşılıq, onlardan da bir tanınma gözlədiklərini söyləyib.
Qeyd edək ki, İsrail şəbəkəsi işğal etdiyi Fələstin torpaqlarında yəhudilərdən başqasına yaşayış haqqı verməməklə kifayətlənməyərək, istədiyi zaman evlərə və küçələri tanklarla basqın edir, qarşısına çıxanları öldürür və ya əsir götürür.
Comment