QR CodeQR Code

İsrail: "Mən bir yəhudi dövlətiyəm!"

13 Oct 2010 12:29

IslamTimes - İsrail rejimi Fələstin torpaqlarının qaytarılması üçün İsrailin yəhudi dövləti kimi tanınmasını şərt qoyur.


“Faktxəbərin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu, yəhudi məskunlaşma vahidi inşaatlarının dayandırılmasına cavab kimi, işğalçı İsrailin yəhudi dövləti olaraq tanınması şərtini irəli sürərək, dünyada başqa bir nümunəsi olmayan addıma imza atıb. İsrail Parlamentinin 18-ci mövsüm açılışının 3-cü iclasında danışan Netanyahu, "Əgər Fələstin rəhbərliyi açıq bir şəkildə İsraili yəhudi xalqının ana vətəni olaraq tanıdığını rəsmi şəkildə bəyanlasa, mən də kabinetmi yığaraq yəhudi məskunlaşma vahidi inşaatlarını dayandırmasını istəyəcəyəm" - deyə bildirib. Netanyahu əlavə olaraq, fələstinlilərdən dövlətlərini tanımalarına qarşılıq, onlardan da bir tanınma gözlədiklərini söyləyib.
Qeyd edək ki, İsrail şəbəkəsi işğal etdiyi Fələstin torpaqlarında yəhudilərdən başqasına yaşayış haqqı verməməklə kifayətlənməyərək, istədiyi zaman evlərə və küçələri tanklarla basqın edir, qarşısına çıxanları öldürür və ya əsir götürür.


Story Code: 40179

News Link :
https://www.islamtimes.org/az/news/40179/israil-mən-bir-yəhudi-dövlətiyəm

Islam Times
  https://www.islamtimes.org