QR CodeQR Code

Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini təsdiqləyib

29 Jul 2014 09:53

IslamTimes - Bu gün Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Amerika Birləşmiş Ştatlarının liderləri arasında Ukraynadakı böhranı ilə əlaqədar telefon danışığı olub.


APA-nın Reuters agentliynə istinadən verdiyi xəbərə görə, Rusiyaya qarşı əlavə sanksiya tədbirlərinin həyata keçirilməsi razılaşdırılıb.
Fransa prezidentinin mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, Qərb ölkələri Rusiyanı separatçılara təzyiq göstərmədiyinə, Rusiya və Ukrayna arasında sərhəd nəzarətini təmin etmədiyinə görə təəssüflərini ifadə ediblər.  
"Belə olan halda, dövlət rəhbərləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini təsdiqləyiblər" – sənəddə deyilir.


Story Code: 402073

News Link :
https://www.islamtimes.org/az/news/402073/qərb-rusiyaya-qarşı-yeni-sanksiyalar-tətbiq-etmək-niyyətini-təsdiqləyib

Islam Times
  https://www.islamtimes.org