QR CodeQR Code

ABŞ İrana qarşı tətbiq edilən sanksiyaların bir qismini ləğv edib

3 Aug 2014 09:21

IslamTimes - Bakı-APA. ABŞ İrana qarşı əvvəl tətbiq edilən sanksiyaların bir qismini ləğv edib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair danışıqlar prosesində əldə olunan irəliləyişlə bağlı qəbul edilib. Müvafiq sənədləri ABŞ federal registr dərc edib. Qərara əsasən, İran Milli Neft Şirkətindən və İran Miili Tanker Şirkətindən neft-kimya məhsullarının alışına qoyulan qadağa aradan götürülüb. Bundan başqa, amerikalılara İranın mülki aviasiyası üçün ehtiyat hissələri tədarük etməyə və bu işdə Iran Аir şirkəti ilə əməkdaşlıq etməyə icazə verilib. Qeyd edək ki, qərar bu ilin oktyabrın 24-dək tətbiq ediləcək.


Story Code: 402716

News Link :
https://www.islamtimes.org/az/news/402716/abş-irana-qarşı-tətbiq-edilən-sanksiyaların-bir-qismini-ləğv-edib

Islam Times
  https://www.islamtimes.org