QR CodeQR Code

ABŞ həm silahlandırır, həm etiraz edir!

4 Aug 2014 09:12

IslamTimes - İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlara başladığı 7 iyuldan bəri ABŞ ilk dəfə etiraz səsini yüksəldib.


ANS PRESS-in xəbərinə görə, buna, BMT-yə aid məktəbin İsrail aviazərbələrinə hədəf olması səbəb olub. Bu barədə açıqlama verən ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bu utancverici bombardımana görə dəhşətə gəldiyini vurğulayıb. Qəzzada olan BMT-yə aid bütün obyektlər, o cümlədən ötən gün aviazərbəyə məruz qalan məktəbə aid koordinatları dəfələrlə israilli rəsmilərə bildirdiklərini deyən Psaki İsrailin öz bildiyini etdiyini qeyd edib.
“ABŞ, Refahda evindən didərgin düşmüş 3 min nəfəri yerlə təmin edən, ən azı 10 fələstinlinin faciəvi şəkildə öldüyü UNRWA məktəbindəki utancverici bombardımana görə dəhşətə gəlib. İsrailin öz standartlarını qarşılamaq və mülki ölümlərin qarşısını almaq üçün daha çox səy göstərməsinin labüd olduğunu bir daha vurğulayırıq. Ətrafda yaraqlıların olması şübhəsi, çox sayda günahsız insanın həyatını risk qarşısında qoyan hücumları haqlı göstərməz. Son günlər digər UNRWA məktəbləri ilə yanaşı bu hadisənin də sürətlə araşdırılmasını tələb edirik”.


Story Code: 402888

News Link :
https://www.islamtimes.org/az/news/402888/abş-həm-silahlandırır-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org