QR CodeQR Code

Obama İsrailə 225 milyon dollar yardım ayırdı

Islamtimes , 5 Aug 2014 14:22

Islamtimes - İsrail hərbi qüvvələri Qəzza Zolağında fələstinliləri qırmağa davam etdiyi bir vaxtda ABŞ prezidenti Barak Obama milyonlarla Amerika vergi ödəyicilərinin pulunu İsrailə yardım olaraq ayrılması haqqında qanun imzalayıb.


Bazar ertəsi günü imzalanan qanuna əsasən ABŞ Tel Əvivə raket əleyhinə sistem olan Dəmir Qübbəni daha da yaxşılaşdırmaq üçün 225 milyon dollar pul ayırıb.

Bu məbləğ 2015-ci ilə qədər Dəmir Qübbəyə ayrılmış 351 milyon dollar pula əlavə olaraq ayrılıb.

Bu yardımdan sonra ABŞ-ın Dəmir Qübbə üçün etdiyi yardım ümumilikdə 576 milyon dollar olacaq.
Qanun yekdilliklə Konqredə qəbul edilmişdir.

Səsvermədən sonra Respublikaçı senator Lindsey Graham deyib ki, Senatın bu addım ən çox Tel Əvivə bir siqnal idi ki, İsrail çətinlikdə olduğu hər bir vaxt ABŞ onun yanında olacaq.

Obama əvvəllər də çıxış edərək bildirmişdir ki, ABŞ Tel Əvivə özünü Fələstin müqavimət hərəkatından qorumaq üçün hər cür yardım edəcək.


Story Code: 403187

News Link :
https://www.islamtimes.org/az/news/403187/obama-israilə-225-milyon-dollar-yardım-ayırdı

Islam Times
  https://www.islamtimes.org