QR CodeQR Code

“İranın istəyi Fələstinin istəyidir!”

14 Oct 2010 13:30

Hizbullahın baş katibi deyib: “Mən Əməl və Hizbullahın rəhbərləri və üzvləri, Musa Sədr və İmam Xomeyni aşiqləri, Livanın partiya və təşkilat rəhbərləri adından Sizə (Əhmədinejada) xoş gəldiniz deyirəm..."


IslamTimes - Ötən gün Livan paytaxtı Beyrutun cənubunda, Zahiyə məntəqəsinin əl-Rayə meydanında Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullahın videoçıxışı yayımlanıb. Konfransda İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib.
Hizbullahın baş katibi deyib: “Mən Əməl və Hizbullahın rəhbərləri və üzvləri, Musa Sədr və İmam Xomeyni aşiqləri, Livanın partiya və təşkilat rəhbərləri adından Sizə (Əhmədinejada) xoş gəldiniz deyirəm...
Mübarizlərin və məzlumların hamısı timsalında sizi bağrıma basıram...
Bir vəzifə olaraq bu gün deməliyəm ki, Livanda, Fələstində, ərəb ölkələrində “İran planı” və “Ərəb planı” adlı layihələrdən danışılır. Bu mövzunu ortaya atanların məqsədi ərəbləri qorxutmaqdır. Səmimi şəkildə bəyan edirəm: Ey ərəblər! Bilin ki, bu gün İranın Fələstinlə bağlı istəkləri Fələstinin öz istəkləridir... İran Livanı livanlılara xatir istəyir...
Biz Vilayəti-fəqihə dərin imanımızla fəxr edirik!.. /HaqqYolu/


Story Code: 40338

News Link :
https://www.islamtimes.org/az/news/40338/iranın-istəyi-fələstinin-istəyidir

Islam Times
  https://www.islamtimes.org