0
Thursday 7 August 2014 - 19:32

HƏMAS raketlərini İsrail rejiminə tuşlamış vəziyyətdədir

Story Code : 403588
HƏMAS raketlərini İsrail rejiminə tuşlamış vəziyyətdədir
HƏMAS-a bağlı “İzəddin Əl-Qəssam” briqadası işğalçı İsrail rejimi ilə razılaşdırılan 72 saatlıq atəşkəsə baxmayaraq düşmənin hücumlarına cavab verməyə hazır vəziyyətdədir.
Axar.az xəbər verir ki, Əl-Cəzirə telekanalına danışan briqada üzvü yüksək hazırlıq vəziyyətində olduqlarını, hər an İsrailin hücumlarını dəf edərək əks hücum edə biləcəklərini bildirib. Briqada üzvü düşmənin bütün şərtləri qəbul etmədiyi müddətcə, Qəzzanın mühasirəsinə son qoymayacağı təqdirdə mövqelərindən geri çəkilməyəcəklərini deyib.
İşğalçı İsrail Qəzzada bütün tunelləri məhv etdiyini açıqlasa da, “Əl-Qəssam” var olmağa davam edəcəklərini qeyd edir.
Comment