0
Sunday 10 August 2014 - 10:15

Putindən siyasi ismarış

Story Code : 403970
Putindən siyasi ismarış
ANS PRESS-in məlumatına görə, son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda, Vladimir Putinin dəvəti siyasi xarakter daşıyır. RF prezidenti idman turniri zamanı çıxışında da siyasi ismarış verib.
“Biz əlbəttə Rusiyada olanda hər zaman özümüzə azarkeşlik edirik. Lakin xalçada, tatamidə, rinqdə heç vaxt özgə olmur - idmanın bizə öyrətdiyi də budur. Əlbəttə xalçada, tatamidə, rinqdə rəqiblər görüşür, lakin orda düşmənlər yoxdur. Kaş həmişə belə olardı, kaş həyatda da belə olardı” - deyərək RF prezidenti turnirdə bağlanma çıxışını edib.
Qeyd edək ki, “Platforma S-70” turnirində ABŞ, Rusiya, Litva, Braziliya, Qazaxstnan və Fransadan olan samboçular iştrak ediblər. Ümumi hesablamalara görə Rusiya birinci olub.
Comment