QR CodeQR Code

Venesuela prezidentindən fələstinli uşaqlara dəstək

11 Aug 2014 10:18

IslamTimes - Karakasda fələstinli uşaqlar üçün oyuncaq hazırlama aksiyasına başlanılıb.


Qəzza zolağında aviazərbələrə məruz qalan fələstinlilərə nəinki regiondan, həm də okeanın o tayından da dəstək gəlib.
ANS PRESS-in məlumatına görə, Venesuelada fələstinli uşaqlar üçün oyuncaq aksiyasına başlanılıb. Paytaxt Karakasda fələstinli uşaqlar üçün əllə oyuncaqlar hazırlanmasına yüzlərlə sakin qoşulub. Oyuncaqların bir hissəsi Qəzza zolağındakı fələstinli uşaqlara göndəriləcək, bir hissəsi isə Karakasa gələcək fələstinli uşaqlar üçün saxlanacaq.
Aksiya Venesuela prezidenti Nikolas Maduronun təşəbbüsü ilə keçirilir. Maduro ötən həftə Qəzza zolağında yaralanan və ya yetim qalan fələstinli uşaqlar üçün Karakasda «sığınacaq evləri»nin yaradılacağını bəyan edib.
Fələstini bir dövlət kimi tanıyan Venesuela fələstinlilərə qarşı daha əvvəlki əməliyyatlar zamanı İsraillə əlaqələrinə son qoymuşdu.


Story Code: 404024

News Link :
https://www.islamtimes.org/az/news/404024/venesuela-prezidentindən-fələstinli-uşaqlara-dəstək

Islam Times
  https://www.islamtimes.org