İsrail təklikdən öləcək
15 Oct 2010 09:58
IslamTimes - Türkiyə baş nazirindən İsrailə daha bir xəbərdarlıq
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailə daha bir xəbərdarlıq edib. Baş nazir Pakistanda verdiyi açıqlamada BMT-nin "Mavi Mərmərə" basqını ilə bağlı panellərinin davam etdiyini və ədalətin yerini tapacağına ümid etdiklərini bildirib: "İsrail üzr istəməli və təzminat ödəməlidir. Bunları yerinə yetirmədikcə Yaxın Şərqdə yalnız qalmağa məhkumdur". Ərdoğan BMT İnsan Haqları Şurasının "Mavi Mərmərə" hesabatının əleyhinə səs verən ABŞ və birtəf qalan Avropa Birliyinə etirazını da təkrarlayıb. /trt/
Story Code: 40403