0
Monday 11 August 2014 - 11:10

İhsanoğlu Ərdoğanı qələbə münasibətilə təbrik etdi

Story Code : 404136
İhsanoğlu Ərdoğanı qələbə münasibətilə təbrik etdi
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müxalifətin vahid namizədi deyib: “Cəmi bir ay qabaq çox az adam məni tanıyırdı. Bu gün isə mənə seçicilərin təxminən 40 faizi səs verib. Bu rəqəm çox mühümdür və göstəricidir. Mən Rəcəb Tayyib Ərdoğanı qələbə münasibətilə təbrik edir, ona bu yolda uğurlar arzu edirəm”. 
Xatırladaq ki, ilkin nəticələrə görə, AKP namizədi səslərin 52, İhsanoğlu isə 39 faizə yaxınını toplayıb.
Comment