QR CodeQR Code

Messi İsrailin hücumuna tab gətirə bilmədi

12 Aug 2014 09:25

IslamTimes - Məşhur futbolçu Leonil Messinin sosial şəbəkədə paylaşdığı post etiraza səbəb olub.


ANS PRESS-in məlumatına görə, “Barselona”da top qovan argentinalı ulduz futbolçu Leonil Messi “Facebook” sosial şəbəkə saytında Qəzza ilə bağlı yazdığı fikirlər səbəbilə İsrail rejimi lobbisi tərəfindən təzyiqə məruz qalıb.
 
“Bir valideyn və UNİCEF-in xoşməramlı səfiri olaraq, çox sayda gəncin ölümü və uşaqların yaralanmasına səbəb olan İsrail-Fələstin arasında yaşanan qarşıdurmaya görə təəssüf hissi keçirirəm. Bu qarşıdurmanın səbəbkarı uşaqlar deyil, bu həngəmani onlar yaratmayıb. Amma ən böyük zülmü onlar ödəyir. Buna son qoymaq və uşaqları qorumaq lazımdır.” – deyə Messi “Facebook” hesabında etirazını bildirib.
 
Onun bu postu Qəzzada günahsız insanların ölməsinə qarşı çıxan minlərlə insan tərəfindən bəyənilərək paylaşılıb. Lakin çox keçmədən İsrail rejimi lobbisinin təzyiqi ilə məşhur futbolçu yazdığı postu silmək məcburiyyətində qalıb.


Story Code: 404315

News Link :
https://www.islamtimes.org/az/news/404315/messi-israilin-hücumuna-tab-gətirə-bilmədi

Islam Times
  https://www.islamtimes.org