QR CodeQR Code

Yəhudilər üzr istədi - FOTO

12 Aug 2014 13:03

IslamTimes - ABŞ yəhudiləri İsraili işğala son qoymağa çağırıb.


ABŞ-da yaşayan yəhudilər Nyu-Yorkda yerləşən BMT nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını qınayan yəhudilər İsraili bu əməlindən əl çəkməyə çağırıb.
Nümayişçilər BMT binasının qarşısında şamlar yandıraraq Qəzzada ölən fələstinliləri yad ediblər. Onların ruhuna ibrani, ingilis və ərəb dillərində dualar oxuyublar. Aksiya zamanı yüksək səslə Fatihə və İxlas surələri səsləndirilib.
Aksiyalarda iştirak edən yəhudilər İsrail ordusunun Qəzzada törətdiklərinə görə, fələstinlilərdən üzr istəyiblər. Nümayişçilər “Təəssüf edirik”, “İşğala son”, “Üzr istəyirik” kimi sözlər yazılmış plakatlar əllərində tutublar.
Qeyd edək ki, İsrail ordusunun Qəzza sektorunda keçirdiyi 18 günlük hərbi əməliyyatları nəticəsində 2 minə yaxın fələstinli ölüb.


Story Code: 404363

News Link :
https://www.islamtimes.org/az/news/404363/yəhudilər-üzr-istədi-foto

Islam Times
  https://www.islamtimes.org