QR CodeQR Code

Venesuela Qəzzaya humanitar yardım göndərib

13 Aug 2014 12:24

IslamTimes - Venesuelanın Hərbi-Hava qüvvələrinə məxsus təyyarə Misirə yola düşüb.


APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təyyarə fələstinlilər üçün dava-dərman, geyim və tibb avadanlığı daxil olmaqla 12 ton humanitar yardım aparır.
Bundan əvvəl Fransa Qəzza bölgəsinə 11 milyon avroluq humanitar yardım göstərəcəyini bəyan etmişdi.
Xatırladaq ki, Qahirədə Fələstin və İsrail nümayəndə heyətləri arasında  danışıqlar başlayıb. Tərəflər Qəzza zolağında qarşıdurmanın dayandırılması ilə bağlı məsələləri müzakirə edirlər.


Story Code: 404555

News Link :
https://www.islamtimes.org/az/news/404555/venesuela-qəzzaya-humanitar-yardım-göndərib

Islam Times
  https://www.islamtimes.org